Türkiyədə torpaq sürüşməsi olub, 4 binanın sakinləri təxliyə edilib

Türkiyədə torpaq sürüşməsi olub, 4 binanın sakinləri təxliyə edilib
# 09 iyun 2022 06:32 (UTC +04:00)

Ankarada torpaq sürşməsi baş verib.

APA NTV-ə istinadən xəbər verir ki, Çankaya rayonunda baş verən hadisə nəticəsində istinad divarı uçub.

Bununla əlaqədar 4 bina və 1 gecəqonduda olan sakinlər ehtiyat tədbiri olaraq təxliyə edilib.

Əldə edilən məlumata görə, əyalət boyu yağan güclü yağışdan sonra Birlik məhəlləsi 408-ci küçədə yerləşən 4 mərtəbəli binanın istinad divarı uçub.

Bu arada, park halında 3 avtomobil uçan istinad divarının altında qalıb.

Bildirilib ki, təxliyə edilən mənzillərdə yaşayan vətəndaşların bir qismi yaxınlarının yanına gedib, bir qismi isə bələdiyyə tərəfindən qonaq evlərinə və mehmanxanalara yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR