Türkiyədə və Suriyada 7.8 bal gücündə daha bir zəlzələ olub

Türkiyədə və Suriyada 7.8 bal gücündə daha bir zəlzələ olub
# 06 fevral 2023 14:33 (UTC +04:00)

Bu gün saat 13:25 radələrində Türkiyənin zəlzələ baş verən ərazilərində yenidən şiddətli yeraltı təkan olub.

APA CNNTürkə istinadən xəbər verir ki, təkan Türkiyənin bir çox bölgəsində hiss edilib.

Avropa Seysmoloji Mərkəzinin məlumatına görə, yeraltı təkan 7.8, Kandilli Rəsədxanasının məlumatına görə isə 7.5 bal gücündə olub.

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) isə saat 13:24-də Kahramanmaraş vilayətinin Elbistan rayonunda 7,6 bal gücündə zəlzələ baş verməsi barədə məlumat yayıb.

APA SANA-ya istinadən xəbər ki, yeni yeraltı təkan Suriyada da olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR