Türkiyənin Ərdahan vilayətinin Gölə rayonunda 4 bal gücündə zəlzələ olub.
APA xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, zəlzələ saat 02:01-də qeydə alınıb.
Zəlzələ yerin 7 kilometr dərinliyində baş verib. Bildirilib ki, indiyə qədər 29 afterşok qeydə alınıb.
AFAD, 2 evin divarının uçduğunu, 3 nəfərin yaralandığını bildirdi.
***
27.07.2022
Saat 18:44
Ermənistan-Türkiyə sərhədi yaxınlığında 5,1 maqnitudalı zəlzələ baş verib.
APA xəbər verir ki, bu barədə Ermənistanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, zəlzələnin episentri Türkiyənin Ərdəhan şəhərindən 19 km-də, dərinliyi 10 km olub. Yeraltı təkanların gücü 7 bal təşkil edib. Zəlzələ Şirak vilayətində 2-3, İrəvanda isə 2 bala qədər hiss olunub.
***
18:27
Türkiyənin Ərdahan vilayətinin Gölə rayonunda 5 bal gücündə zəlzələ baş verib.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Əlavə olunub ki, Qars və Ərzurumda da hiss edilən yeraltı təkanlar 17.08-də qeydə alınıb.