Türkiyədə yol qəzasında 14 miqrant ölüb

Türkiyədə yol qəzasında 14 miqrant ölüb
# 18 iyul 2019 14:27 (UTC +04:00)

Türkiyənin Van vilayətində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, vilayətin Özalp rayonunda qanunsuz miqrantları daşıyan avtobus aşıb, nəticədə 14 nəfər həyatını itirib.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Aidiyyəti qurumların əməkdaşları hadisə yerinə cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR