Türkiyədə zəlzələ olub - YENİLƏNİB

Türkiyədə zəlzələ olub - YENİLƏNİB
# 14 avqust 2022 09:10 (UTC +04:00)

Bu gün yerli vaxtla saat 06.18 və 06.24 radələrində Türkiyədə 5 maqnitudalı zəlzələlər baş verib.

APA-nın xəbərinə görə, zəlzələnin ocağı Kuşadası körfəzində, İzmirin Menderes rayonu sahillərində olub.

Zəlzələ İzmir, Aydın və digər vilayətlərdə hiss edilib. Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) dağıntı və tələfat olmadığını açıqlayıb.

***

saat 08.30

Türkiyədə zəlzələ baş verib.

APA xəbər verir ki, Fövqəladə Halların İdarə olunması Agentliyinin (AFAD) məlumatına görə, yeraltı təkanlar İzmirin Menderes rayonunda 5 bal gücündə hiss edilib.

Zəlzələ Yerin 7 kilometr dərinliyində qeydə alınıb.

Kuşadası körfəzi sahilində yerləşən şəhərdə böyük ölçüdə hiss edilən zəlzələnin fəsadları barədə məlumat verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR