Türkiyədə zəlzələ qurbanlarının sayı 2921 nəfər olub - YENİLƏNİB

Türkiyədə zəlzələ qurbanlarının sayı 2921 nəfər olub - YENİLƏNİB
# 07 fevral 2023 05:29 (UTC +04:00)

Türkiyədə baş verən güclü zəlzələdə ölən və yaralananların sayı artıb.

APA xəbər verir ki, bu barədə AFAD rəhbəri Yunus Sezer məlumat verib.

Son məlumatlara görə, 2921 nəfər ölüb, yaralananlar isə 15 834 nəfərdir.

Dağıntıya məruz qalmış bina sayı isə 6217-dir.

***

Saat 01:41

Türkiyədə baş verən güclü zəlzələdə ölən və yaralananların sayı artıb.

APA xəbər verir ki, bu barədə Türkiyə Respublikasının vitse-prezidenti Fuad Oktay canlı yayımda məlumat verib.

Son məlumatlara görə, 2379 nəfər ölüb.

Yaralı sayı isə 14 483 nəfər qeydə alınıb.

İndiyə qədər dağıntılar altından 7840 vətəndaş xilas edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR