Türkiyədə zəlzələdə ölənlərin sayı 2316-ya çatıb, 13 293 nəfər yaralanıb - YENİLƏNİB-6

Türkiyədə zəlzələdə ölənlərin sayı 2316-ya çatıb, 13 293 nəfər yaralanıb - YENİLƏNİB-6
# 07 fevral 2023 00:29 (UTC +04:00)

Türkiyədə baş verən güclü zəlzələdə ölən və yaralananların sayı artır.

APA xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumat yayıb.

Son məlumatlara görə, 2316 nəfər ölüb.

Yaralı sayı isə 13 293 nəfər qeydə alınıb.

Dağılan binaların sayı 6217 olub.

***

Saat 23:09

Türkiyədə baş verən güclü zəlzələdə ölən və yaralananların sayı artır.

APA xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumat yayıb.

Bildirilib ki, təbii fəlakət nəticəsində ölənlərin sayı 1762 nəfərdir.

Yaralı sayı isə 12 068 nəfər qeydə alınıb.

Dağılan binaların sayı 5606 olub.

***

Saat 21:26

Türkiyədə baş verən güclü zəlzələdə ölən və yaralananların sayı artır.

APA NTV-ə istinadən xəbər verir ki, zəlzələ nəticəsində həyatını itirənlərin sayı 1651 nəfərə çatıb.

Qeyd olunub ki, 11 119 nəfər yaralı var.

***

Saat 19:39

Türkiyədə baş verən güclü zəlzələdə ölən və yaralananların sayı artır.

APA xəbər verir ki, hazırda brifinq keçirən Türkiyənin vitse-prezidenti Fuat Oktay bildirib ki, zəlzələ nəticəsində həyatını itirənlərin sayı 1541 nəfərə çatıb.

Xəsarət alanların sayı isə 9 733 nəfər təşkil edir.

Zərər dəyən bina sayı isə 3 471-dir.

***

18:27

Türkiyədə baş verən güclü zəlzələdə ölən və yaralananların sayı artır.

APA xəbər verir ki, Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, zəlzələdə ölənlərin sayı 1498-ə, yaralıların sayı isə 8 533-ə çatıb.

***

17:36

Türkiyədə baş verən güclü zəlzələdə ölən və yaralananların sayı artır.

APA xəbər verir ki, son məlumatda yeraltı təkanlar nəticəsində ölənlərin sayının 1 121-ə yüksəldiyi, 7 634 nəfərin yaralandığı açıqlanıb.

2 834 bina dağılıb.

***

16:10

Türkiyədə baş verən güclü zəlzələdə ölən və yaralananların sayı artır.

APA xəbər verir ki, son məlumatda yeraltı təkanlar nəticəsində ölənlərin sayının 1 014-ə yüksəldiyi, 7 003 nəfərin yaralandığı açıqlanıb.

Dağıntılar altından 2 470 nəfər xilas edilib, 2 824 bina dağılıb.

Zəlzələlərdən sonra bölgədə sunami təhlükəsinin olmadığı qeyd olunub.

***

14:08

Türkiyə zəlzələ nəticəsində 912 nəfər həlak olub.

APA xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan keçirdiyi brifinqdə bildirib. O, 5 385 nəfərin yaralandığını qeyd edib.

Ərdoğan əlavə edib ki, 2 470 nəfər dağıntıların altından xilas edilib.

Zəlzələ nəticəsində ümumilikdə 2 818 bina dağılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR