Türkiyədə zəncirvari qəzada 23 avtomobil toqquşub 21 nəfər xəsarət alıb

Türkiyədə zəncirvari qəzada 23 avtomobil toqquşub 21 nəfər xəsarət alıb
# 09 sentyabr 2022 05:02 (UTC +04:00)

Türkiyədə zənzirvari qəza olub.

APA “Habertürk”ə istinadən xəbər verir ki, hadisə Samsunun Canik rayonunda baş verib.

23 avtomobilin iştirakı ilə baş verən zəncirvari yol qəzada yaralananların sayı 21-ə yüksəlib.

Hadisəyə səbəb yanacaq daşıyan avtomobildən axıntının baş verməsi olub.

Avtomobilin çənindən dağılan yanacaq yolu sürüşkən edib və nəticədə 23 avtomobil toqquşub.

Avtomobillərində sıxışıb qalan insanlar xilasedicilər tərəfindən çıxarılıb.

Bir müddət nəqliyyatın hərəkətinə bağlı olan Samsun-Ordu yolu sonradan açılıb.

Polis hadisə ilə bağlı ifadə vermək üçün maşını sürücüsünü polis bölməsinə aparıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR