Türkiyədəki zəlzələdə ən çox insan itkisi Hatayda qeydə alınıb

Türkiyədəki zəlzələdə ən çox insan itkisi Hatayda qeydə alınıb
# 07 fevral 2023 13:09 (UTC +04:00)

Türkiyədəki zəlzələ nəticəsində ən çox insan itkisi Hatay bölgəsində qeydə alınıb.

APA xəbər verir ki, bunu Türkiyə Prezidentinin köməkçisi Fuat Oktay keçirdiyi brinfinqdə deyib.

Onun sözlərinə görə bu dəqiqəyə qədər Hatayda dağıntılar altından 872 insanın cəsədi çıxarılıb, 2 766 nəfər isə yaralıdır.

Həmçinin Kahramanmaraş bölgəsində 530 ölü, 2900 yaralı, Osmaniyedə 293 ölü, 1325 yaralı, Adıyamanda 720 ölü, 400 yaralı, Diyarbakırda 92 ölü, 770 yaralı, Şanlıurfada 95 ölü, 1791 yaralı, Qazientepdə 481 ölü, 3890 yaralı, Adanada 146 ölü, 1211 yaralı, Malatyada 166 ölü, 3298 yaralı, Elazığda isə 2 ölü, 376 yaralı qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR