Türkiyədən Yunanıstana keçmək istəyən 3 FETÖ üzvü saxlanılıb

Türkiyədən Yunanıstana keçmək istəyən 3 FETÖ üzvü saxlanılıb
# 16 noyabr 2022 20:25 (UTC +04:00)

Türkiyədən qeyri-qanuni yollarla Yunanıstana keçmək istəyən 4 nəfər saxlanılıb.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Türkiyə Silahlı Qüvvələri tərəfindən saxlanılan şəxslərdən 3-ü FETÖ terror təşkilatının üzvüdür.

Beləliklə, son iki gündə ölkəni tərk etməyə çalışan 8 terrorçu yaxalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR