Türkiyənin daxili işlər nazirinin əmisi oğlu silahlı hücumda öldürülüb

Türkiyənin daxili işlər nazirinin əmisi oğlu silahlı hücumda öldürülüb
# 19 iyul 2022 00:11 (UTC +04:00)

Türkiyənin daxili işlər naziri Süleyman Soylunun əmisi oğlu silahlı hücum zamanı öldürülüb.

APA "Hürriyet"ə istinadən xəbər verir ki, 59 yaşlı Sefa Dönmez Trabzonun Of rayonunda silahlı hücum nəticəsində həyatını itirib.

Hadisə axşam saatlarında rayonun Atatürk Bulvarında baş verib.

Sefa Dönməz ilə Fatih adlı şəxs ilə yaranan mübahisə zamanı sonuncu ona tapança ilə 5 dəfə atəş açıb.

Of Dövlət Xəstəxanasına aparılan Dönmez, həkimlərin bütün müdaxiləsinə baxmayaraq xilas ola bilməyib.

Hadisədən sonra Fatih adlı şəxs əlindəki silahla birlikdə polisə təslim olub. Polis qətllə bağlı araşdırmalara başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR