Türkiyə XİN İraqda diplomatlara edilən silahlı hücumla bağlı məlumat yayıb - YENİLƏNİB

Türkiyə XİN İraqda diplomatlara edilən silahlı hücumla bağlı məlumat yayıb - YENİLƏNİB
# 17 iyul 2019 16:53 (UTC +04:00)

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Ərbil şəhərindəki Baş konsulluğun əməkdaşlarına edilən silahlı hücumla bağlı açıqlama yayıb.

XİN-dən APA-nın yerli bürosuna verilən məlumata görə, silahlı hücum nəticəsində Baş konsulluğun bir nəfər əməkdaşı öldürülüb.

Qeyd olunub ki, terror aktını törədənlərin tapılması istiqamətində İraq rəsmiləri ilə danışıqlar aparılır.

***

saat 16:32

İraqın Ərbil şəhərində restorana silahlı hücum olub.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, hücum nəticəsində Türkiyənin Ərbildəki Baş konsulluğunun bir əməkdaşı öldürülüb.

Hücumun təfərrüatı hələlik məlum deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR