Türkiyənin vitse-prezidenti Fuat Oktayın 14 mayda keçiriləcək prezident və parlament seçkilərində Ankara şəhərindən millət vəkilliliyinə namizədliyi irəli sürüləcək.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NTV və STAR TV-nin birgə yayınmındakı müsahibəsində bildirib.
O qeyd edib ki, Nazirlər Kabinetinin 17 üzvü də fərqli vilayətlərdə vəzifə alacaq.