Türkiyənin zəlzələ bölgəsində sel nəticəsində ölənlərin sayı 14-ə çatıb - VİDEO - YENİLƏNİB-3

Türkiyənin zəlzələ bölgəsində sel nəticəsində ölənlərin sayı 14-ə çatıb - VİDEO  - YENİLƏNİB-3
# 15 mart 2023 19:07 (UTC +04:00)

Türkiyənin zəlzələdən zərər görmüş Şanlıurfa bölgəsində sel nəticəsində ölənlərin sayı artıb.

APA NTV-yə istinadən xəbər verir ki, ölənlərin sayı 12-yə çatıb.

İtkin düşən beş nəfərin axtarışları davam edir.

***

17:41

Türkiyədə zəlzələ bölgəsində intensiv yağışların yağması ilə yaranan sel nəticəsində həlak olanların sayı artıb.

APA NTV-yə istinadən xəbər verir ki, Adıyamanda konteyneri sel aparıb, 2 nəfər ölüb, 1 nəfər itkin düşüb.

Şanlıurfada isə 11 nəfər ölüb.

***

16:12

Türkiyənin zəlzələdən zərər görmüş Şanlıurfa bölgəsində sel nəticəsində ölənlərin sayı artıb.

APA NTV-yə istinadən xəbər verir ki, ölənlərin sayı 10-a çatıb.

Zəlzələ bölgəsində yağışların bu axşam da davam edəcəyi vurğulanıb.

***

12:45

Türkiyənin Şanlıurfa bölgəsində sel nəticəsində ölənlər var.

APA NTV-yə istinadən xəbər verir ki, selin apardığı 4 nəfər ölüb.

***

12:30

Türkiyənin Şanlıurfa bölgəsində də sel tələfata səbəb olub.

APA NTV-yə istinadən xəbər verir ki, sel 6 nəfəri aparıb, onların axtarışları aparılır.

Sel nəticəsində xəstəxanaları da su basıb, məktəblərdə tətil elan edilib.

***

11:49

Türkiyənin Adıyaman vilayətində baş verən güclü sel konteyneri aparıb və nəticədə 1 nəfər ölüb, 4 nəfər itkin düşüb.

APA xəbər verir ki, bu barədə yerli NTV kanalı məlumat yayıb.

Qeyd edək ki, Türkiyənin zəlzələdən zərər görmüş bölgələrində güclü yağışlar davam edir, Şanlıurfa və Adıyamanda da sel baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR