Türkmənistanda parlament seçkilərində səsvermə başa çatıb

Türkmənistanda parlament seçkilərində səsvermə başa çatıb
# 26 mart 2023 18:16 (UTC +04:00)

Bazar günü saat 19:00-da Türkmənistanda VII çağırış Milli Məclisin (parlament) deputatlarının, habelə vilayət, rayon, şəhər xalq şuraları və yerli özünüidarəetmə orqanlarının üzvlərinin seçkiləri üzrə səsvermə başa çatıb.

APA TASS-a istinadən xəbər verir ki, ümumilikdə, respublikada 2602 seçki məntəqəsi yerli vaxtla səhər saat 07:00-dan 19:00-a qədər açıq olub. Rəsmi məlumatlara görə, əhalisi 6,2 milyon nəfər olan Türkmənistanda 3 milyon 496 min 475 seçici qeydə alınıb.

Parlament seçkilərində ölkənin hər üç siyasi partiyası iştirak edib: Demokrat Partiyası, Türkmənistan Sənayeçilər və Sahibkarlar Partiyası, Türkmənistan Aqrar Partiyası, həmçinin vətəndaşların təşəbbüs qrupları. Ümumilikdə ölkə vətəndaşları Məclisə 125 deputat seçiblər. Qeydə alınmış namizədlərin sayı 258 nəfər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR