Ukraynadan Əfqanıstana taxıl yardımı yola salınıb

Ukraynadan Əfqanıstana taxıl yardımı yola salınıb
# 27 yanvar 2023 12:26 (UTC +04:00)

Ümumdünya Ərzaq Proqramının (ÜƏP) humanitar yardımı çərçivəsində taxıl dəhlizi vasitəsi ilə Əfqanıstana taxıl yüklü gəmi İstanbulda yollamadan keçib.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Ümumdünya Ərzaq Proqramının (WFP) humanitar yardımı çərçivəsində təxminən 16 min ton buğda daşıyan gəmi 15 yanvar 2023-cü ildə Ukraynanın Çornomorsk limanından yola düşüb və İstanbulun Zeytinburnu sahillərində Müştərək Koordinasiya Mərkəzinin əməkdaşları tərəfindən yoxlanılıb. Bu, Əfqanıstana yola düşən 5-ci gəmidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR