ÜST: Şimali Koreyada vəziyyət pisə doğru gedir

ÜST: Şimali Koreyada vəziyyət pisə doğru gedir
# 02 iyun 2022 02:46 (UTC +04:00)

İnformasiyanın kasad olmasına baxmayaraq Ümumdünya Səhiyyə Təşkilatı hesab edir ki, indiyədək Şimali Koreyada 3,7 milyon nəfər koronavrus yoluxub.

APA xəbər verir ki, bunu qurumun fövqəladə hallar üzrə məsul şəxsi Maykl Rayan bildirib.

“Hazırda bizim şəraiti yerində dəyərləndirmək imkanımız yoxdur. Lakin bir məsələ məlumdur. Vəziyyət pisləşir” – deyə Rayan vurğulayıb.

Qeyd edək ki, KXDR-də rəsmi olaraq koronavirus ifadəsi işlədilmir, “qızdırma” sözündən istifadə edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR