XİN rəhbəri: “İranın qırmızı xətlərinə hörmət etmək yeni mərhələyə qədəm qoymağa bərabərdir”

Hüseyn Əmirabdullahian

© APA | Hüseyn Əmirabdullahian

# 18 avqust 2022 18:57 (UTC +04:00)

İranın qırmızı xətlərinə hörmət etmək yeni mərhələyə qədəm qoymağa bərabərdir.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın xarici işlər naziri Hüseyn Əmirabdullahian omanlı həmkarı Bədr bin Həməd Albusaidi ilə telefon danışığında deyib.

O bildirib ki, Amerikanın fikirlərini aldıqdan sonra İranın bu razılaşmadan iqtisadi faydası və qırmızı xətlərinə əməl etməsi təmin olunarsa, Vyanada yeni mərhələyə qədəm qoyacaqlar:

“Hər şey razılaşdırılmayana qədər, yaxşı və uzunmüddətli razılaşmanın əldə edilməsi barədə əminliklə danışa bilmərik”.

Telefon danışığında Bədr bin Həməd Albusaidi bütün tərəflərin birgə əməkdaşlığı ilə Vyana danışıqlarının qənaətbəxş nəticəsinin şahidi olacağına ümidvar olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR