XİN: Səudiyyə Ərəbistanı İranla hərbi qarşıdurmaya getməməklə bağlı razılığa gəlib

Feysəl bin Fərhan Al Səud

© APA | Feysəl bin Fərhan Al Səud

# 16 mart 2023 17:28 (UTC +04:00)

Səudiyyə Ərəbistanı və İran bir-biri ilə hərbi qarşıdurmaya getməmək barədə razılığa gəlib.

APA “Al Arabiya”ya istinadən xəbər verir ki, bunu Səudiyyə Ərəbistanı xarici işlər naziri Feysəl bin Fərhan Al Səud bildirib.

Səudiyyə Ərəbistanı XİN rəhbəri İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının bu gün Mavritaniya İslam Respublikasının paytaxtı Nuakşot şəhərində keçirilən 49-cu sessiyasında çıxışı zamanı deyib ki, hər iki ölkə bir-birinə qarşı hərbi təcavüzün qarşısını almaq, həmçinin ölkələrin maraqlarına zidd kəşfiyyat fəaliyyəti həyata keçirməmək barədə razılığa gəliblər.

Səudiyyə Ərəbistanı hökuməti həmçinin öz növbəsində İrana hücum etmək üçün üçüncü ölkələrə ərazisindən istifadəyə icazə verməyəcəyinə dair söz verib.

XİN başçısı onu da əlavə edib ki, Səudiyyə Ərəbistanı və İran Yəməndəki münaqişənin həlli ilə bağlı ortaq razılığa gəliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR