Xoy şəhərində zəlzələdə 120 nəfər yaralanıb - YENİLƏNİB

Xoy şəhərində zəlzələdə 120 nəfər yaralanıb - YENİLƏNİB
# 18 yanvar 2023 18:14 (UTC +04:00)

Xoy şəhərində baş vermiş zəlzələdə xəsarət alanların sayı artıb.

APA “Tasnim”ə istinadən xəbər verir ki, Xoy şəhərində 5,4 bal gücündə baş verən zəlzələdə 120 nəfər xəsarət alıb.

Qərbi Azərbaycan əyalətinin Qızıl Aypara cəmiyyətinin sədri Həmid Məhbubi jurnalistlərə bildirib ki, zəlzələ nəticəsində 5 kənddə 20 evə ziyan dəyib.

“İndiyə qədər 120 nəfərin yaralandığı müəyyən edilib”, - o qeyd edib.

O, bölgədə axtarış-xilasetmə işlərinin aparıldığını vurğulayıb.

***

16:06

İranın Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində baş vermiş zəlzələdə 20 nəfər xəsarət alıb.

APA-nın Tehran bürosunun məlumatına görə, zəlzələ nəticəsində 15 kəndə ziyan dəyib.

Yaralıların sayının artacağı ehtimal olunur.

Qeyd edək ki, bu gün İranın Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində 5,4 bal gücündə zəlzələ baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR