Yair Lapid: İsrail iki xalq üçün iki dövlət yaratmağa hazırdır

Yair Lapid: İsrail iki xalq üçün iki dövlət yaratmağa hazırdır
# 23 sentyabr 2022 02:44 (UTC +04:00)

Təl-Əviv münaqişəyə son qoymaq üçün iki dövlətin - israillilər və fələstinlilərin yaradılmasına hazırdır.

APA-nın məlumatına görə, bunu sentyabrın 22-də BMT Baş Assambleyasında İsrailin baş naziri Yair Lapid deyib.

“Fələstinlilərlə iki dövlət əsasında razılaşma İsrailin təhlükəsizliyi, iqtisadiyyatı və uşaqlarımızın gələcəyi üçün doğru addımdır”,-deyə Yair Lapid bildirib.

Nazir bildirib ki, bu, həm də İsrail xalqının əksəriyyətinin fikridir.

"Bizim yalnız bir şərtimiz var: gələcək Fələstin dövlətinin sülhsevər olması, onun İsrailin rifahını və varlığını təhdid edən başqa bir terror bazasına çevrilməməsi", - baş nazir bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR