Yair Lapid: “Türk kəşfiyyatı İranın İsrail vətəndaşlarına sui-qəsd planını aşkara çıxarıb”

Çavuşoğlu, Yair Lapid

© APA | Çavuşoğlu, Yair Lapid

# 23 iyun 2022 17:35 (UTC +04:00)

Türkiyədə İsrail vətəndaşlarına qarşı hücumlara icazə verə bilmərik.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada israilli həmkarı Yair Lapidlə birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, hər iki ölkənin təhlükəsizlik qurumları yaxın əməkdaşlığı davam etdirir: “Belə hadisələrin ölkəmizdə baş verməsinə icazə verə bilmərik. Bu mövzuda lazımi mesajlar çatdırılıb”.

Yair Lapid isə İstanbulda ötən həftə İsrail vətəndaşlarının həyatının xilas edilməsini Türkiyə ilə diplomatik və təhlükəsizlik sahəsində əməkdaşlığın bariz nümunəsi adlandırıb.

O qeyd edib ki, Türkiyə kəşfiyyatı İstanbulda İrandan olan bir qruplaşma tərəfindən İsrail vətəndaşlarına sui-qəsd planını aşkara çıxarıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR