Yaponiya Çin gəmisinin ərazi sularına daxil olmasına etiraz edib

Yaponiya Çin gəmisinin ərazi sularına daxil olmasına etiraz edib
# 08 iyun 2023 10:54 (UTC +04:00)

Yaponiya hökuməti Yakusima adası rayonunda ərazi sularının Çin ordusuna məxsus gəmi tərəfindən pozulması məsələsi ilə bağlı Çin Xalq Respublikasına etirazını və ciddi narahatlığını bildirib.

APA “Kyodo” Agentliyinə istinadən xəbər verir ki, Yaponiya Müdafiə Nazirliyinin hesabatına əsasən, Çinə məxsus gəmi üç saata yaxın bu ölkənin ərazi sularında olub, daha sonra qərb istiqamətinə hərəkət edib.

Yaponiya dəniz müdafiə qüvvələri onun hərəkətini izləyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR