Yaponiya hökuməti: Sindzo Abenin mühafizəsində boşluqlar olub

Sindzo Abe

© APA | Sindzo Abe

# 11 iyul 2022 12:09 (UTC +04:00)

Sui-qəsd nəticəsində həyatını itirən Yaponiyanın keçmiş Baş naziri Sindzo Abenin mühafizəsində boşluqlar olub.

APA "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin Baş katibi Hirokazu Matsuno brifinqdə bildirib.

O deyib ki, hökumət keçmiş Baş nazirin təhlükəsizlik və mühafizə sistemində nasazlıq və boşluqların olduğunu göstərən hesabat alıb.

Yaponiya Nazirlər Kabinetinin sözçüsü isə bildirib ki, hökumət keçmiş baş nazir Sindzo Abenin öldürülməsi ilə bağlı təhlükəsizlik boşluqlarının müzakirəsini və təhqiqatın yekun nəticələrini gözləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR