Yaponiya Kaxovka SES-ə görə Ukraynaya 5 milyon dollar ayıracaq

Yaponiya Kaxovka SES-ə görə Ukraynaya 5 milyon dollar ayıracaq
# 09 iyun 2023 13:31 (UTC +04:00)

Yaponiya hökuməti Ukraynadakı Kaxovka Su Elektrik Stansiyasının (SES) dağıdılması nəticəsində zərər çəkənlərə yardım üçün 5 milyon dollar vəsait göndərəcək.

APA xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno bildirib.

Bildirilib ki, Yaponiyanın Baş naziri Fumio Kişida bu gün Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon danışığı aparıb və Tokionun Kaxovka SES-in dağıdılması nəticəsində zərər çəkənlərə yardım üçün Ukrayna tərəfinə beynəlxalq təşkilatlar vasitəsilə 5 milyon dollar yardım edəcəyini bildirib.

Matsuno SES-in bendinin dağılmasının arxasında kimin olması barədə rəsmi Tokionun mövqeyini söyləməkdən imtina edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR