Yaponiya koronavirusa yoluxma sayında birinci olub

Yaponiya koronavirusa yoluxma sayında birinci olub
# 28 iyul 2022 08:43 (UTC +04:00)

Uzun müddət Covid-19-a yoluxma sayının aşağı olduğu Yaponiyada vəziyyət ağırlaşıb.

APA-nın xəbərinə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Son sutkada Yaponiyada yeni növ koronavirusa 200 mindən çox yoluxma aşkar edilib. Halbuki, bütün Avropa üzrə ümumi göstərici 210 900 nəfər olub.

Yoluxma sayının artmasına baxmayaraq hökumət məhdudiyyət tədbirləri tətbiq etməyi planlaşdırmır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR