Yaponiya MN: KXDR həftə ərzində 4 silahı sınaqdan çıxarıb - YENİLƏNİB

Yaponiya MN: KXDR həftə ərzində 4 silahı sınaqdan çıxarıb  - YENİLƏNİB
# 01 oktyabr 2022 05:19 (UTC +04:00)

Koreya Xalq Demokratik Respblıikası (KXDR) tarixində ilk dəfə olaraq həftə ərzində 4 silahı sınaqdan çıxarıb.

APA-nın xəbərinə görə, bunu Yonhap agentliyinə Yaponiyanın müdafiə nazirinin müavini Tosiro İno bildirib.

“KXDR tarixində ilk dəfə olaraq həftə ərzində 4 silahı sınaqdan çıxarıb. Bu da Yaponiyanın, regionun və beynəlxalq ictimaiyyətin təhlükəsizliyi üçün təhdid yaradır. Bu səbəbdən Pekindəki səfirliyimiz vasitəsi ilə Pxenyana etirazımızı bildirdik” - deyə İno qeyd edib.

Xatırladaq ki, ilin əvvəlindən Pxenyan 22 hərbi sınaq həyata keçirib. Son sınaqlar 25, 28 və 29 sentyabrda baş tutub.

****

03.25

Şimali Koreya növbəti raket buraxılışını həyata keçirib.

APA xəbər verir ki, bu barədə Yaponiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Koreya azı 2 raket atıb. Buraxılan raketlər Yaponiyanın iqtisadi zonasından kənarda dənizə düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR