Yaponiya müdafiə üçün 290 milyard dollardan çox pul xərcləməyi planlaşdırır

Yaponiya müdafiə üçün 290 milyard dollardan çox pul xərcləməyi planlaşdırır
# 27 noyabr 2022 10:32 (UTC +04:00)

Yaponiya hökuməti qarşıdakı beş il ərzində ölkənin müdafiə qabiliyyətini artırmaq üçün 40 trilyon yendən (290 milyard dollardan çox) çox vəsait xərcləmək niyyətindədir.

APA xəbər verir ki, bu barədə Yaponiyanın “Yomiuri” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, hazırda plan nəzərdən keçirilir. Yaponiya hakimiyyəti hər il ÜDM-in 2%-dən çoxunu müdafiəyə xərcləmək istəyir.

Qəzet həmçinin bildirir ki, Yaponiya Müdafiə Nazirliyi 2023-cü maliyyə ili üçün 5,59 trilyon yendən (təxminən 40 milyard dollar) çox büdcə tələb etməyi planlaşdırır. Tələb təsdiqlənərsə, Tokionun hərbi xərcləri cari illə müqayisədə 4%-dən çox artacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR