Yaponiya öz esmineslərində ABŞ qanadlı raketlərini yerləşdirəcək

Yaponiya öz esmineslərində ABŞ qanadlı raketlərini yerləşdirəcək
# 26 mart 2023 05:52 (UTC +04:00)

Yaponiya “Aegis” kompüter izləmə və yönləndirmə sistemləri ilə təchiz olunmuş bütün esmineslərini modernləşdirmək niyyətində olduğunu açıqlayıb.

APA-nın “The Japan Times”a istinadən verdiyi xəbərə görə, modernləşdirmə ABŞ-ın “Tomahavk” qanadlı raketlərini esmineslərdə yerləşdirmək üçün texniki imkanların əldə edilməsi üçün aparılacaq.

Yaponiya hökuməti esmineslərin modernləşdirilməsini 2027-ci ilə qədər başa çatdırmağı planlaşdırır. Bu addımın yenilənmiş milli təhlükəsizlik strategiyası fonunda ölkənin Özünümüdafiə Qüvvələrinin əks-hücum potensialının inkişafı çərçivəsində atılacağı qeyd edilir.

Qeyd edək ki, Yaponiyanın “Aegis” sistemi ilə təchiz edilmiş səkkiz esminesi var, yaxın illərdə onların sayının 10-a çatdırılması planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR