Yaponiya sahillərində daha bir naməlum metal kürə tapılıb

Şar

© APA | Şar

# 02 mart 2023 10:05 (UTC +04:00)

Yaponiya sahillərində mənşəyi məlum olmayan daha bir metal kürə tapılıb.

APA xəbər verir ki, bu barədə Yaponiyanın “Fuji Television” kanalı məlumat yayıb.

Qeyd olunub ki, metal kürə Kaqosima sahillərində tapılıb və araşdırma zamanı məlum olub ki, onun içi boşdur, lakin olduqca ağırdır.

Xatırladaq ki, 21 fevralda da Yaponiyanın mərkəzi hissəsində yerləşən Sizuoka əyalətinin sahillərində də oxşar kürə tapılmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR