Yaponiya sərhədlərində Rusiya kəşfiyyat təyyarələrinin uçuşları qeydə alınıb

Yaponiya sərhədlərində Rusiya kəşfiyyat təyyarələrinin uçuşları qeydə alınıb
# 25 may 2023 15:32 (UTC +04:00)

Yaponiyanın Hokkaydo adası yaxınlığında rus kəşfiyyat təyyarələrinin uçuşları qeydə alınıb.

APA xəbər verir ki, bu barədə Yaponiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Yaponiya MN məlumatına görə, təyyarələrdən biri Kuril arxipelaqına daxil olan Kunaşir, Şikotan və İturup adaları üzərindən uçub.

Xatırladaq ki, Yaponiya 1855-ci il tarixli Ticarət və Sərhədlər haqqında ikitərəfli Traktata istinad edərək Kunaşir, Şikotan, İturup və Habomai adalarına iddia edir.

Rəsmi Moskvanın mövqeyi isə ondan ibarətdir ki, Cənubi Kuril adaları İkinci Dünya Müharibəsindən sonra SSRİ-nin tərkibinə daxil olub və Rusiyanın onlar üzərində beynəlxalq hüquqi bazaya malik suverenliyi şübhə doğurmur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR