Yaponiya Şimali Koreyanın raket buraxılışlarını izləmək üçün yeni peyk buraxıb

Yaponiya Şimali Koreyanın raket buraxılışlarını izləmək üçün yeni peyk buraxıb
# 26 yanvar 2023 07:59 (UTC +04:00)

Yaponiyanın “Mitsubishi Heavy Industries” şirkəti Şimali Koreyanın raket buraxılışlarını izləmək üçün yeni kəşfiyyat peyki “H-2A” daşıyıcı raketini buraxıb.

APA xəbər verir ki, bu barədə korporasiyanın saytında məlumst ysyılıb.

Kaqosima prefekturasının cənub-qərbindəki Taneqaşima Kosmik Mərkəzindən buraxılışın canlı yayımı aparılıb.

“Radar 7” adlanan cihaz səkkiz kəşfiyyat peykindən ibarət mövcud bürcün bir hissəsi olmalıdır.

Onlardan bəziləri optik sensorlar vasitəsilə yer səthinin görüntüsünü ötürən optik peyklər, digərləri isə radardan istifadə edərək Yeri skan edən radar peykləridir.

Zamanla “Radar 7” 2017-ci ildə buraxılmış “Radar 5” peykini əvəz edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR