Yaponiya Şimali Koreyaya növbəti raket buraxılışına görə etiraz edib

Yaponiya Şimali Koreyaya növbəti raket buraxılışına görə etiraz edib
# 06 oktyabr 2022 02:52 (UTC +04:00)

Yaponiya hökuməti cümə axşamı Yapon dənizinə iki ballistik raket atmasına görə KXDR-ə etiraz edib.

APA xəbər verir ki, bu barədə müdafiə naziri Yasukazu Hamada Tokioda jurnalistlərə bildirib.

“Biz Pekində diplomatik kanallar vasitəsilə kəskin etirazımızı bildirdik. Bu cür hərəkətlər BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozur”, - deyə o bildirib.

Bu, Şimali Koreyanın ilin əvvəlindən bəri 24-cü raket sınağıdır.

Bundan əvvəl oktyabrın 4-də Pxenyanın buraxdığı raket Yaponiya üzərindən keçmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR