Yaponiya Ukraynaya indiyə qədər 7,6 milyard dollarlıq yardım edib

Yaponiya Ukraynaya indiyə qədər 7,6 milyard dollarlıq yardım edib
# 24 may 2023 10:53 (UTC +04:00)

Yaponiya Ukraynaya indiyə qədər 7,6 milyard dollarlıq yardım edib.

APA xəbər verir ki, bunu parlamentin aşağı palatasının büdcə komitəsində keçirilən iclasda ölkənin XİN rəhbəri Yosimasa Hayasi bildirib.

Nazirin sözlərinə görə, burada söhbət humanitar, ərzaq, maliyyə və digər növ yardımlardan gedir.

Qeyd edək ki, rəsmi Kiyev tərəfindən də bu rəqəmlər açıqlanıb və Yaponiya XİN başçısı da yardımı təsdiqləyib.

Hayasi onu da əlav’ edib ki, yardımın ümumi məbləğinə ukraynalı minatəmizləmə mütəxəssislərinin hazırlanması xərcləri də daxildir.

Xatırladaq ki, bu ayın əvvəlində Yaponiya Kiyevə 100 hərbi yük maşını və hərbçilər üçün xeyli sayda ərzaq payının tədarük edilməsi barədə qərar qəbul etdiyini açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR