Yaponiya və Vyetnam Ukraynada mülki əhaliyə zərbə endirilməsinə qarşı çıxıb

Yaponiya və Vyetnam Ukraynada mülki əhaliyə zərbə endirilməsinə qarşı çıxıb
# 01 may 2022 08:55 (UTC +04:00)

Yaponiya və Vyetnam Ukraynada atəşin dərhal dayandırılmasını tələb edib və mülki əhaliyə zərbə endirilməsinə qarşı çıxıb.

APA-nın xəbərinə görə, bu barədə Yaponiyanın Baş naziri Fumio Kisida vyetnamlı həmkarı Fam Min Çinin birgə bəyanatında qeyd edilib.

“Beynəlxalq vəziyyətə gəldikdə, biz ilk növbədə Ukraynanı müzakirə etdik. Biz BMT Nizamnaməsinin və beynəlxalq hüququn tələblərinə əməl edilməsinin, ilk növbədə isə ölkələrin ərazi bütövlüyünə hörmət edilməsinin zəruriliyini qeyd etdik. Biz eyni zamanda atəşin dərhal dayandırılması və humanitar yardım göstərilməsinin zəruriliyi barədə də razılığa gəldik” – birgə bəyanatda göstərilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR