Yaponiyada 15 mindən çox adamı gün vurub

Yaponiyada 15 mindən çox adamı gün vurub
# 06 iyul 2022 08:53 (UTC +04:00)

İyun ayında Yaponiyada günvurma diaqnozu ilə 15 657 nəfər xəstəxanaya yerləşdirilib.

APA xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.

Agentlik qeyd edir ki, bununla 2011-ci ildə qeydə alınmış antirekord yenilənib. Həmin ilin iyununda xəstəxanalara günvurmaya görə 6980 nəfər müraciət etmişdi.

Qeyd edək ki, Yaponiya tarixində ilk dəfə iyunda havanın temperaturu 40 dərəcəni keçib. Rekord göstərici İsesaki şəhərində qeydə alınıb. Paytaxt Tokioda isə iyunun son həftəsində ardıcıl 5 gün hərarət 35 dərəcədən aşağı enməyib. Bu hal 1875-ci ildən indiyədək ilk dəfə baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR