Yaponiyada 2 milyon sakinə təxliyə göstərişi verilib

Yaponiyada 2 milyon sakinə təxliyə göstərişi verilib
# 18 sentyabr 2022 03:11 (UTC +04:00)

Yaponiyanın Küsü adasının 2 milyon sakininə evlərini tərk edərək sığınacağa yerləşmək göstərişi verilib.

APA xəbər verir ki, bu barədə NHK kanalı məlumat yayıb. Əhalinin təxliyəsinə səbəb Nanmadol qasırğasının yaxınlaşmasıdır.

Ən ciddi təhlükənin Kaqosima prefekturasında baş verəcəyi gözlənilir. Hazırda Nanmadol qasırğasının sürəti saniyədə 70 metrdir və 20 km/saat sürətlə Kaqosimaya doğru irəliləyir.

Adada bütün təyyarə və gəmi reysləri ləğv edilib, qatarların hərəkəti dayandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR