Yaponiyada 22 mindən çox insan yağış səbəbindən təxliyə tövsiyəsi alıb

Yaponiyada 22 mindən çox insan yağış səbəbindən təxliyə tövsiyəsi alıb
# 17 avqust 2022 04:30 (UTC +04:00)

Yaponiyanın Tsusima şəhərinin (Naqasaki prefekturası) 22 mindən çox sakini güclü yağışlardan sonra sürüşmə təhlükəsi ilə əlaqədar təxliyə tövsiyəsi alıb.

APA xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

Yaponiyanın Kyushu adasının şimalındakı bütün əraziyə leysan yağışları yağır. Son bir neçə saat ərzində Naqasaki prefekturasının bəzi ərazilərinə təxminən 75 mm yağıntı düşüb.

Həmçinin Naqasakiyə bitişik Saqa prefekturasında, eləcə də Fukuoka prefekturasında və Yapon dənizinin sahilindəki İşikavada sürüşmə təhlükəsi var.

Meteoroloqların proqnozlarına görə, leysan yağəş sabahadək ölkənin şərq və qərb bölgələrində davam edəcək.

Yağıntının intensivliyi saatda 50 mm, bəzi yerlərdə hətta 80 mm-ə çata bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR