Yaponiyada 6.1 bal gücündə zəlzələ olub

Zəlzələ

© APA | Zəlzələ

# 16 yanvar 2023 09:59 (UTC +04:00)

Yaponiyanın cənub-şərqində 6.1 bal gücündə zəlzələ baş verib.

APA xəbər verir ki, bu barədə Yaponiyanın baş meteorologiya idarəsi məlumat yayıb.

Zəlzələ Oqasavara adalarının qərbində, 400 km dərinlikdə baş verib.

Yeraltı təkanlar Yaponiyada qəbul edilmiş yeddi ballıq şkala üzrə 3 bal təşkil edib.

İdarədən bildirilib ki, sunami təhlükəsi yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR