Yaponiyada 6,6 bal gücündə zəlzələ baş verib

Yaponiyada 6,6 bal gücündə zəlzələ baş verib
# 21 yanvar 2022 20:49 (UTC +04:00)

Yaponiyanın cənubunda 6,6 bal gücündə zəlzələ qeydə alınıb.

APA xəbə verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların episentri 448 min nəfərdən çox əhalisi olan Yaponiyanın Oita şəhərindən 78 km cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 51 km dərinlikdə olub.

Sunami təhlükəsi, tələfat və dağıntılar barədə məlumat verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR