Yaponiyada güclü zəlzələ olub

Yaponiyada güclü zəlzələ olub
# 05 iyun 2023 04:55 (UTC +04:00)

Yaponiyanın Ryukyu adasının sahillərində 5 bal gücündə zəlzələ qeydə alınıb.

APA xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Yeraltı təkanlar 60 minə yaxın insanın yaşadığı İtoman kəndindən 295 km aralıda qeydə alınıb.

Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR