Yaponiyada bir sutka əvvəl itən “KAZU 1” kruiz gəmisinin 10 sərnişini tapılıb.
APA-nın NHK telekanalına istinadən verdiyi xəbər görə, gəminin göyərtəsində 26 nəfər olub.
Tapılan 10 nəfərdən 8-i huşsuz vəziyyətdə aşkarlanıb.
Bundan əvvəl gəminin 7 sərnişinin tapıldığı bildirilmişdi.