Yaponiyada məktəbə qəbul zamanı şagirdlərin cinsi qeyd edilməyəcək

Yaponiyada məktəbə qəbul zamanı şagirdlərin cinsi qeyd edilməyəcək
# 27 dekabr 2021 03:28 (UTC +04:00)

Yaponiyada dövlət məktəblərinə qəbul üçün müraciət edən şagirdlərdən ərizə formasını doldurarkən cinsini qeyd etmələri tələb olunmayacaq.

APA xəbər verir ki, bu barədə “Kyodo News” ölkənin təhsil şuralarının birgə bəyanatına istinadən məlumat yayıb.

Məsələn, Totiqi prefekturasının Təhsil Şurası "cinsi müxtəlifliyə hörmət etdiyini" bildirərək sənədlərdə gender sütununun çıxarılması ilə bağlı hər hansı bir problem gözləmədiklərini diqqətə çatdırıb.

Yenilik məktəblərə cinslərə görə qəbul üçün kvota sisteminin hələ də qüvvədə olduğu bütün prefekturalara (Tokio istisna olmaqla) təsir edəcək. Lakin paytaxtda bu sistem çoxdan tənqid olunurdu.

Qeyd edək ki, bu ilin payızında “X” cinsli ilk pasport ABŞ-da verilib. Bu yenilik özünü yalnız kişi və ya qadın hesab etməyən insanlar üçün nəzərdə tutulub. Belə pasportlar gələn ildən kütləvi dövriyyəyə buraxılacaq və tibbi arayış təqdim edilmədən də cinsin dəyişdirilməsi mümkün olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR