Yaponiyada qasırğadan zərər çəkənlərin sayı artıb

Yaponiyada qasırğadan zərər çəkənlərin sayı artıb
# 20 sentyabr 2022 05:31 (UTC +04:00)

Yaponiyada Nanmadol qasırğasından zərər çəkənlərin sayı 120 nəfəri keçib.

APA-nın xəbərinə görə, bu barədə NHK telekanalı məlumat yayıb. Təbii fəlakət nəticəsində 2 nəfər ölüb, 2 nəfər itkin düşüb.

Hazırda qasırğa Sakit okean sahili boyunca 75 km/saat sürətlə irəliləyir. Küləyin sürəti episentrdə bəzən 35 m/saniyəyə çatır. Ölkənin əksər ərazilərində sürüşmə və daşqın riski mövcuddur. Bəzi prefekturalarda leysan yağıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR