Yaponiyada "Tapa" qasırğası nəticəsində azı 19 nəfər xəsarət alıb

Yaponiyada "Tapa" qasırğası nəticəsində azı 19 nəfər xəsarət alıb
# 22 sentyabr 2019 05:30 (UTC +04:00)

Yaponiyanın Okinava prefekturasında azı 19 sakin bölgənin yaxınlığında baş verən “Tapa” tayfunu nəticəsində xəsarət alıb.

APA xəbər verir ki, bu barədə “NHK” kanalı məlumat yayıb.

Yaponiyanın hava yolları şirkətləri Okinava və Honsü adası arasında planlaşdırılan 302 uçuşu ləğv etmək məcburiyyətində qalıb. Cədvəldəki dəyişikliklər tropik fırtınanın yaşandığı Küsü adasına da təsir edib.

Tayfunun səbəb olduğu güclü külək Okinavada elektrik xətlərini zədələyib. Bölgədə hələ də 1800-dək ev işıqsız qalıb. Hava proqnozlarına görə, cari günün axşamına qədər tropik fırtına Küsüyə çatacaq. Bəzi prefekturalarda 300 mm-ə qədər yağıntı düşə bilər.

“Tapa” bu il Sakit okeanda qeydə alınan 17-ci tayfundur. İndi onun mərkəzi hissəsindəki küləyin sürəti 35 m/s-yə çatır, arabir isə 50 m/s-yə qədər güclənir. Sentyabrın əvvəlində “Faksay” tayfunu nəticəsində Yaponiyada üç nəfər ölüb, 60-dan çox insan yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR