Yaponiyanın keçmiş baş naziri Toşiki Kayfu vəfat edib

Yaponiyanın keçmiş baş naziri Toşiki Kayfu vəfat edib
# 14 yanvar 2022 04:55 (UTC +04:00)

Yaponiyanın keçmiş baş naziri Toşiki Kayfu 91 yaşında vəfat edib.

APA xəbər verir ki, bu barədə cümə günü NHK telekanalı məlumat yayıb.

Bildirilib ki, keçmiş hökumət başçısı yanvarın 9-da dünyasını dəyişib.

Qeyd edək ki, Kayfu 1989-cu ilin avqustundan 1991-ci ilin noyabrına qədər baş nazir vəzifəsində çalışıb. O, özünümüdafiə qüvvələrinin bölmələrinin xaricdə yerləşdirilməsini təsdiqləyən Yaponiya hökumətinin ilk rəhbəri olub.

Hərbi qulluqçular Körfəz müharibəsindən sonra minatəmizləmə əməliyyatlarında istifadə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR