Yaponiyanın paytaxtı Tokioda güclü qar həyatı iflic edib - FOTO - VİDEO

Yaponiyanın paytaxtı Tokioda güclü qar həyatı iflic edib - FOTO  - VİDEO
# 09 yanvar 2022 09:54 (UTC +04:00)

Yaponiyanın paytaxtı Tokioda güclü qar və buzlaşmaya görə həyat iflic olub.

APA CNN-ə istinadən bildirir ki, buzlaşma nəticəsində 525 nəfərin ayağı sürüşərək xəstəxanaya düşüb, 100-ə yaxın aviareys təxirə salınıb.

Ölkənin Kanto bölgəsində, xüsusilə Tokioda güclü qarın balansı getdikcə ağırlaşır.

Bildirilib ki, buzlaşmaya görə, Tokioda 80-ə yaxın yol-nəqliyyat hadisəsi baş verib, 100-ə yaxın avtomobil körpüdə qalıb.

Rəsmilər bildiriblər ki, qar səbəbindən paytaxt boyu 14 marşrut xətti üzrə nəqliyyatın hərəkəti vaxtaşırı kəsilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR