Yəmən qüvvələri Səudiyyə Ərəbistanında neft yatağına dronlarla zərbə endiriblər

Yəmən qüvvələri Səudiyyə Ərəbistanında neft yatağına dronlarla zərbə endiriblər
  • Clock-gray 15:31
  • calendar-gray 17 Avqust 2019

Yəmən qüvvələri Səudiyyə Ərəbistanında yerləşən Şaybah neft yatağına dronlarla zərbə endiriblər. 

APA “Tasnim”ə istinadən xəbər verir ki, bu barədə Yəmən Silahlı qüvvələrinin sözçüsü Yəhya Sare Əl-Masira deyib.

Onun sözlərinə görə, neft emalı zavodu və neft anbarına 10 dronla zərbələr endirilib. Silahlı qüvvələrin sözçüsü şirkətlərə və mülki şəxslərə ölkədəki mühüm obyektlərdən uzaq durmağı məsləhət görüb. 

“Təcavüzkar qüvvələrin Yəməndə müharibəni və Yəmən xalqının mühasirəsini dayandırmaqdan başqa seçimi yoxdur”, - Y. S. Əl-Masira bildirib. 

Qeyd edək ki, Səudiyyə Ərəbistanının “Saudi Aramco” neft şirkəti tərəfindən işlədilən Şaybah neft yatağı Krallığın şərqində, Birləşmiş Ərəb Əmirlikləri ilə sərhəddə yerləşir. 
 

Rəna Ağayeva

Digər xəbərlər

Arxiv

date