YPG/PKK terrorçuları Türkiyə ərazisinə 3 raket atıb

YPG/PKK terrorçuları Türkiyə ərazisinə 3 raket atıb
# 22 noyabr 2022 23:15 (UTC +04:00)

YPG/PKK terrorçularının Suriyanın şimalından atdığı 3 raket Türkiyə ərazisinə düşüb.

APA yerli mediaya istinadən xəbər verir ki, raketlər Kilis bölgəsinin Öncüpınar Sərhəd Qapısı ərazisinə düşüb.

Raketlərin boş əraziyə düşdüyü bildirilib.

Hücum nəticəsində ölən və yaralananlar barədə məlumat verilməyib.

Bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR