Yunanıstan XİN başçısı israilli həmkarı ilə Yaxın Şərqi müzakirə edəcək

Yunanıstan XİN başçısı israilli həmkarı ilə Yaxın Şərqi müzakirə edəcək
# 31 yanvar 2023 11:55 (UTC +04:00)

Yunanıstanın xarici işlər naziri Nikos Dendias İsrailə səfər edib.

APA xəbər verir ki, bu barədə İsrail XİN bildirib.

Nazir Dendias səfəri çərçivəsində İsrail XİN başçısı Eli Kohenlə görüşəcək. Danışıqlarda Yunanıstan-İsrail əməkdaşlığının enerji, investisiya və müdafiə sahələrində, eləcə də Cənubi Kiprin iştirakı ilə üçtərəfli formatlar çərçivəsində dərinləşdirilməsinin müzakirə olunacağı gözlənilir. Görüşdə beynəlxalq və regional vəziyyət, o cümlədən Yaxın Şərq və Şərqi Aralıq dənizindəki vəziyyət müzakirə olunacaq.

Nikos Dendiasın İsrail Prezidenti İsaak Herzoq və Baş nazir Netanyahu tərəfindən də qəbul ediləcəyi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR